Astarada motosiklet oğurlayan şəxs saxlanılıb

10:36 - 21 May 2019 - Xəbər

Astarada motosiklet oğurlayan Lənkəran sakini saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini O.Rəhimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 19-da gecə saatlarında ona məxsus yaşayış evinin həyətindən “Muravey-2M-01” markalı motosikletin oğurlandığını bildirib. Astara RPŞ əməkdaşlarının keçirdiklərinin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını  törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran şəhər sakini Vaqif Babayev olduğu müəyyənləşdirilib və oğurladığı “Muravey-2M-01” markalı motosiklet aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti