“Bugatti” ilk elektrikli avtomobilini istehsal etməyi planlaşdırır

14:48 - 20 May 2019 - AVTO

Fransız avtomobil şirkəti “Bugatti” ilk elektrikli avtomobilini istehsal etməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “motor1.com” portalına şirkətin prezidenti Stefan Vinkelman deyib.

Şirkət prezidenti bildirib ki, elektrocar gündəlik istifadə üçün istehsal ediləcək.

Avtomobilin xarici görünüşü əvvəlki markalardan tamamilə fərqlənəcək.

Qiymətə gəlincə isə o, məbləğin əvvəlki kimi milyon dollar səviyyəsində olacağını söyləyib.

 

Namiq

Xəbər xətti