Güclü külək Gəncədə bir sıra fəsadlar törədib

03:33 - 20 May 2019 - ÖLKƏ İÇİ

Azərbaycanın Qərb bölgəsində əsən güclü külək bir sıra fəsadlar törədib.

Bəzi yerlərdə işıq dirəkləri aşıb, elektrik xətləri sıradan çıxıb, bir binanın dam örtüyü dağılıb, bir neçə ağac aşıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən işlərə başlanılıb. Axşam saatlarından başlayaraq Qərb bölgəsində güclü külək əsib, ildırım çaxıb. Gəncə, Şəmkir və Daşkəsəndə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

/report

Xəbər xətti