Qaxda traktor aşıb, sürücü xəsarət alıb

11:00 - 19 May 2019 - HADİSƏ

Qaxda traktor aşıb, sürücü xəsarət alıb.

Hadisə bu gün səhər saatlarında rayonun Xalatala kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Elnur Qürbət oğlu Abdulazadə “Belarus” markalı traktorla hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən traktor aşıb. Qəzadan sonra bədən xəsarəti alan E. Abdullazadə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssisəsindən bildirlib ki, yaralı xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır./ONA

Xəbər xətti