Ana səhifə Mobil versiya
16 Sentyabr 2019

Sürücülər DİQQƏTLİ OLUN! Ustalar sizi belə aldadır - VİDEO

Son vaxtlar havaların isinməsi ilə bəzi ustalar avtomobilin mühərrik yağını dəyişməyi tövsiyyə edir. Daha dəqiq desək məsələn 5-40 yağından istifadə edən sürücülərə bunu 10-40-la əvəzlənməsinin doğru olduğunu deyirlər. Mütəxəssislər isə bunun kökündən yanlış olduğunu bildirirlər.

Bəzi halda sürücülər avtomobilinin mühərrikinə hansı yağı tökməli olduğunu bilmirlər. Hər dəfə başqa ustaya getdikdə isə sürücülərə fərqli yağlardan istifadə etmək tövsiyə edilir. Xüsusi ilə də son vaxtlar bəzi ustalar yay mövsümü ilə əlaqədar avtomobilllərin qışda istifadə edilən yağdan daha fərqlisinin mühərrikə tökülməsini məsləhət görürlər.

10-40, 15- 40 və yaxud da 5-30 avtomobillərin mühhərikinə tökmək üçün müxtəlif növ yağlar olsa da, ustalar düzgün seçilməyən yağın mühərrikin ömrünü azaltdığını deyir. Bu rəqəmlər yağın hansı hava temperaturunda istifadə edilməli olduğu ilə yanaşı, yağın tərkibinin göstəricisidir.

Mütəxəssislər müasir avtomobillərə əsasən sintetik yağların istifadəsini tövsiyə edirlər. Nisbətən ili köhnə olan maşınlar isə daha qatı olan yağlardan istifadə etməlidir. O ki, qaldı ustaların yağı digəri ilə əvəz etməsinə. Usta bunun da mühərriki xüsusi yağlı maddə ilə yuduqdan sonra dəyişməyi tövsiyyə edir. Əks halda mühərrikin sıradan çıxmasına səbəb ola bilər.

Qeyd edək ki, zavod tərəfindən hansı yağın tövsiyə edildiyini bilmək istəyən sürücülər isə avtomobilin məlumat kitabına baxa bilər. Eyni zamanda, bir çox avtomobilin mühərrikinin yağ qapağında da bu cür məlumatlar qeyd olunur./xezerxeber

Tarix
19 May 2019 [10:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-19 10:04:23
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin