“Eurovision”da qalmaqal- bu ölkə münsifləri finaldan uzaqlaşdırıldı

Belarusdan olan münsiflər “Eurovision” mahnı müsabiqəsinin finalından uzaqlaşdırılıb.

Bu barədə Eurovoix məlumat yayıb. Bildirilir ki, müvafiq qərarı Avropa Yayım İttifaqı qəbul edib. Səbəb kimi münsiflər heyətinin verdiyi qiymətlərin elan olunması göstərilir.

Jüri üzvləri jurnalistlərə birinci yarımfinalda kimə səs verdiklərini açıqlayıblar. Halbuki qaydalara görə, bu cür detalların finaladək açıqlanması qadağandır. Belarusun ballarının necə bölünəcəyi tamaşaçı səsverməsinin yekunlarına əsasən müəyyən ediləcək.

Qeyd edək ki, yarışmada Belarusu 16 yaşlı Zina Kupriyanoviç təmsil edir./oxu.az

Tarix
18 May 2019 [23:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-18 23:44:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin