Nazir müavini xarici ölkələri Azərbaycanın gənclər siyasəti təcrübəsindən yararlanmağa çağırıb

12:15 - 18 May 2019 - Xəbər

“Xarici ölkələr Azərbaycanda gənclər siyasəti sahəsində yürüdülən uğurlu siyasətdən faydalana bilər”.

Bunu Gənclər və İdman nazirinin müavini İntiqam Babayev “Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda milli maraqlara söykənən gənclər siyasəti uğurla həyata keçirilir: “Dayanıqlı İnkişaf Məqsədləri artıq Azərbaycanda əhəmiyyətli bir mövzuya çevrilib. Azərbaycanda gənclər üçün çox gözəl şərait yaradılıb. Hesab edirəm ki, dünya gənclər siyasəti ahəssində Azərbaycanın təcrübəsindən yararlana bilər”./report

Xəbər xətti