Bakıdakı silahlı atışmaya görə daha 2 nəfər həbs edildi

Bir neçə gün öncə Bakıda baş verən silahlı atışmaya görə daha iki nəfər saxlanılıb.

Biznesmen oğlu İsa Əzizovla “razborka”da iştirak edən kriminal aləmə yaxın şəxslər olan Elçin Sadıq və Yasin Əhmədov tutulub. Onlar hadisə yerindən qaçdıqları üçün bir neçə gündür axtarışda idilər.

Xatırladaq ki, “Ramal” Ticarət Mərkəzinin rəhbəri Nadir Əzizovun oğlu olan İsa Əzizov həmin “razborka”da qarşı tərəfə “Vinçester” markalı silahdan atəş açıb. Atəş hədəfə dəymədiyi üçün yaralanan olmayıb. Lakin İ.Əzizov onları saxlamaq üçün hadisə yerinə gələn polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. Bu işlə bağlı 3 maddə üzrə cinayət işi başlanılıb, İ.Əzizov da daxil olmaqla 10-a yaxın şəxs saxlanılıb./qafqazinfo

Tarix
18 May 2019 [12:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-18 12:09:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin