Deputat: “Arsenal”ın “üç” oyunçusu gələndə Azərbaycan təhlükəli olur?!

Böyük Britaniya şirkətləri on illərdir ki, Azərbaycanda işləyirlər. Nədənsə bu müddət ərzində Azərbaycanın “təhlükəli ölkə” olduğu yadlarına düşmürdü.

Bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışında deyib. “Azərbaycanda neft çıxaranda ölkə təhlükəli deyildi, amma “Arsenal”ın “üç oyunçusu” gələndə Azərbaycan təhlükəli zona olur?!”, - deyə deputat narazılığını ifadə edib.

Daha sonra S.Novruzov əlavə edib:
“Özlərinin gəlməsini ilə bağlı fikir söyləyirlər. Nəyə görə Azərbaycan ən təhlükəsiz ölkə olduğu halda onun haqqında belə bir fikir yayırlar? Sonra deyirlər ki, Azərbaycanın hava məkanında problemlər var.

Əfqanıstana buradan yük daşıyanda təhlükə yox idi. ABŞ-a antiterror əməliyyatı üçün hava bazası verəndə təhlükə yox idi. İndi nə oldu, iki futbol komandası oyun keçirəndə hava tutulur, hava açılır? Hava şəraiti pisləşir? Sapı özümüzdən olan baltaları töküblər ora, erməni lobbisi tərəfindən beş manat pul verilir, ölkəmizin haqq işlərinin əleyhinə düzgün olmayan informasiyalar yayırlar”.

Birinci vitse-spiker Ziyafət Əsgərov da həmkarının fikirlərini dəstəkləyib.
Z.Əsgərov bildirib ki, bütün bunlar dünyada beynəlxalq hüququn işləmədiyinə görə baş verir:

“Bir gün əvvəl Britaniya XİN xəbərdarlıqla bağlı məlumat yayır. Səhəri gün isə səfir deyir ki, heç bir problem yoxdur, Azərbaycana gələ bilərsiniz. Bu, dünyada olan ikili, üçlü, dördlü standartlardır. İstəmirlər ki, bir müsəlman ölkəsi inkişaf etsin. Bu cür yanaşmalar əvvəllər də olub və davam edəcək”./oxu.az

Tarix
17 May 2019 [14:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-17 14:04:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin