Almaniyada uçan elektrotaksi sınaqdan keçirildi

Almaniyanın "Lilium" startap şirkəti uçan elektrik taksisinin prototipini havaya buraxıb.

5 yerlik taksinin sınağı Münhen şəhəri yaxınlığında aerodromda keçirilib.

Qeyd olunur ki, 1,5 ton çəkili avtomobil şaquli vəziyyətdə havaya qalxıb və bir müddət havada asılı qalıb. Avtomobil məsafədən idarə olunub. Növbəti sınaqlarda taksinin bir neçə manevr edəcəyi və üfüqi uçuş həyata keçirəcəyi gözlənilir.

2025-ci ildən başlayaraq Almaniyanın azı 2 şəhərində uçan elektrik taksilərin kommersiya fəaliyyəti nəzərdə tutulur. Bu taksilər bir saat müddətində uçuş keçirmək qabiliyyətindədir və maksimal sürətləri saatda 300 kilometrədək çatacaq./trend

Tarix
16 May 2019 [23:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-16 23:07:05
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin