Əli Əhmədov: "Radikal müxalifəti xalq tərbiyəli etməlidir"

16:48 - 16 May 2019 - SİYASƏT

Radikal müxalifəti xalq tərbiyəli etməlidir. Çünki onlar xalqdan səs gözləyirlər.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Ə.Əhmədov bildirib ki, xalq səsini kimə vermək lazım olduğunu hamıdan yaxşı bilir:

“Mən istərdim ki, radikal müxalifət "Radikal müxalifət" adını öz üzərindən götürsün. Dünyanın hər yerində radikallıqdan həm cəmiyyət, həm xalq, həm də dövlət həmişə ziyan çəkib. Mən istəməzdim ki, Azərbaycanın müxalifətinin hansısa bir hissəsi radikal olsun, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi müxalifət dairələri bununla səhvə yol verir”.

Ə.Əhmədov vurğulayıb ki, radikallıq böyük bir nöqsandır: “Bunun aradan qaldırılması Azərbaycan xalqının və vətəndaşlarının üzərinə düşən vəzifədir”./trend

Xəbər xətti