“Keçmişə sənət səyahəti” olacaq

Mütəmadi olaraq reallaşdırdıqları sosial-maarifləndirici layihələri ilə cəmiyyətin diqqətini cəlb etməyə çalışan, mədəni irsimizin, tarixi abidələrimizin təbliğinə yönələn aksiyalar həyata keçirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və Qobustan Milli-Tarix Bədii Qoruğu “Keçmişə sənət səyahəti” adlı tədbir ilə sənətsevərləri bir araya gətirəcəklər.

Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, belə ki, 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə qoruq ərazisində geniş konsert proqramı təşkil olunacaq. Həmin gün (saat 11:00 -13:00) qoruğu ziyarətə gələn şəxslər ərazidəki əsas meydanda qurulan səhnədə Dövlət Kukla Teatrının repertuarındakı maraqlı tamaşalardan səhnəciklər izləyəcək, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında rəngarəng konsert proqramı izləmək şansı qazanacaqlar.

Klassik bəstəkar, xalq və populyar estrada mahnılarından ibarət rəngarəng konsert proqramında studiyanın yerli və beynəlxalq sənət müsabiqələrində iştirak edərək mükafatlar qazanan uşaqları çıxış edəcəklər.

Tədbirin təşkilində məqsəd uşaq və yeniyetmələrdə tarixi keçmişimizə maraq oyatmaq, Qobustan qoruğu ilə yaxından tanış olmaq, ümumilikdə beynəlxaql muzeylər günü, tarixin saxlanc yeri olan bu kimi məkanların tarixi-mədəni önəmini diqqətə çatdırmaqdır. 

Tarix
16 May 2019 [16:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-16 16:46:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin