Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı artıb

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 374 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 117 ədəd çoxdur.

Aprel ayında Azərbaycan vətəndaşları bu ölkədə 87 daşınmaz əmlak əldə edib ki, bu da 2018-ci ilin aprel ayı ilə müqayisədə 19 ədəd çoxdur.

Türkiyə Statistika Təşkilatının son hesabatına əsasən, ümumilikdə aprel ayında Türkiyədə 84,4 min daşınmaz əmlak obyekti satılıb. Məlumata görə, bunlardan 3,7 mini əcnəbi vətəndaşlar tərəfindən əldə olunub./trend

Tarix
16 May 2019 [18:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-16 18:09:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin