“AFB Bank” 2018-ci ili mənfəətlə başa vurub

“AFB Bank” jurnalistlər üçün media tur təşkil edib

Bu gün Azərbaycanın aparıcı banklarından biri olan “AFB Bank” ASC media nümayəndələri ilə görüş təşkil edib. Ucnoqta.az xəbər verir ki, tədbirdə iştirak edən Bankın İdarə Heyətinin sdəri Aydın Hüseynov, İdar Heyətinin sədr müavinləri Lalə Quliyeva və Natiq Namazov bankın fəaliyyəti barədə geniş təqdimatla çıxış ediblər və jurnalistlərin suallarını cavablandırıblar.

“AFB Bank”-ın İdarə heyətinin sədri Aydın Hüseynov 2018-ci il üzrə bankın maliyyə nəticələrini media nümayəndələrinə təqdim edib. Onun sözlərinə görə, “AFB Bank” 2018-ci ili 21 654 000 AZN mənfəətlə bitirib. Bank tərəfindən müştərilərə verilən kreditin həcmi 194 305 000 AZN, bankın aktivləri 417 530 000 AZN. Məcmu kapitalı isə 84 937 000 AZN təşkil edib. “2018-ci ilin nəticələrinə əsasən “AFB Bank” aktivlərin gəlirliyinə görə 2-ci, kapital gəlirliyinə görə isə banklar arasında 3-cü yerdədir”- deyə A.Hüseynov bildirib.

Təqdimatdan sonra “AFB Bank”-ın ofisində jurnalistlər üçün media tur təşkil olunub. Jurnalistlər bankın iş prosesi ilə yaxından tanış olublar.

2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Müştərilərinə bütün növ bank xidmətləri bə məhsulları təklif edən “AFB Bank” XÖHKS, AZİPS və SWİFT pul ödəniş sistemlərinin üzvüdür. Bankın ölkə üzrə ümumilikdə 11 filalı və 5 şöbəsi fəaliyyət göstərir.

Tarix
16 May 2019 [15:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-16 15:58:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin