Baş Prokurorluq təkzib edir

Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş Anar Məmmədov baş redaktoru olduğu “Criminalaz.com” internet saytında və “facebook” sosial şəbəkəsinin özünə aid səhifəsində guya Bakı şəhər prokurorluğunda SOCAR-la əlaqədar məqalələrin dərc edilməsinə irad bildirilməsinə dair yalan informasiyalar yaymışdır.

Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib edilir. Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, məhkəmənin qeyd edilən hökmü ilə Bakı şəhər prokurorluğunda iş üzrə saxlanılan maddi sübut - “MacbookPro” markalı kompyuterin hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Anar Məmmədova qaytarılması nəzərdə tutulduğundan, sonuncu müraciəti əsasında şəhər prokurorluğuna dəvət olunmuşdur.

Aparılmış söhbət zamanı məhkəmənin hökmündən A.Məmmədov tərəfindən apellyasiya şikayəti verildiyi müəyyən edildiyindən və beləliklə hökm qanuni qüvvəyə minmədiyindən maddi sübut ona qaytarılmamışdır.

İstər 15 may 2019-cu ildə, istərsə də əvvəlki tarixlərdə Anar Məmmədova baş redaktoru olduğu internet saytında hər hansı məlumatların, o cümlədən SOCAR-la bağlı yazıların dayandırılması tövsiyyə olunmamışdır.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bir daha izah edilir ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən yalan və qərəzli yazılar, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməlidir.

Tarix
16 May 2019 [15:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-16 15:37:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin