Göygöldə yolu keçən piyadanı avtomobil vurub öldürdü

14:12 - 16 May 2019 - HADİSƏ

Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən  verilən məlumata görə, mayın 15-də saat 5 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Xəqani kənd sakini N.Şahmalıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Qərənfil Qədirovanı vurub və nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır./trend

 

Xəbər xətti