Bakıda 18 yaşlı qız itkin düşüb

08:34 - 16 May 2019 - HADİSƏ

Bakıda gənc qız itkin düşüb.

Hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 15/74, mənzil 100-də yaşayan, 2001-ci il təvəllüdlü Quliyeva Firəngiz Telman qızı mayın 13-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti