Bakıda sərnişin avtobusu kranla toqquşub, xəsarət alanlar var - FOTO

17:05 - 15 May 2019 - HADİSƏ

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə aeroport yolunda, Milli Aviasiya Akademiyasının yaxınlığında qeydə alınıb. Belə ki, 171 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu kranla toqquşub.

Hadisə nəticəsində iki sərnişin yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti