Gömrükçülərə yalan məlumat verdi, rüşvət təklif etdi- VİDEO

Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma zamanı məlum olub ki, may ayının 4-də Gürcüstandan ölkə ərazisinə daxil olan Binəli Osmanov gömrük bəyannaməsində özü ilə 1,5 litr alkoqollu içki və 15 kq ərzaq gətirdiyini bildirsə də, yoxlama zamanı avtomobildən 10 litr alkoqollu içki aşkar edilib.

DGK-dan Ucnoqta.az-a verilən məlumata görə, bu fakt müvəqqəti saxlanca götürülən mallarla bağlı tərtib olunan aktda da öz əksini tapıb ki, bu da gömrük orqanlarına yalan məlumat verilməsi deməkdir.

Gömrük postunun ərazisində quraşdırılan kameralar vasitəsilə Binəli Osmanovun gömrük nəzarətindən keçmə prosesi videoyazıya alınıb. Aşağıda təqdim etdiyimiz videotəsvirlərdə gömrükçülərin ona qarşı hansı "nəzakətsiz davranış"lara və "kobud rəftara" yol verdiyini də ictimaiyyətin müzakirəsinə buraxırıq.

Üstəlik gömrük xidmətinin və gömrük əməkdaşlarının qanunsuz əməllərindən bəhs edən həmin şəxs istəyinə nail olmaq üçün gömrük əməkdaşına rüşvət də təklif edib. Belə ki, videotəsvirlərin 30-cu saniyəsindən etibarən davam edən hissəsində Binəli Osmanovun avtomobilin salonuna daxil olaraq oradan əlində sənədlə qayıtması və sənədin arasında pul əskinasını gömrük əməkdaşına vermə cəhdi və gömrük əməkdaşının da buna qəti etirazı aydın şəkildə öz əksini tapıb.

Tarix
15 May 2019 [16:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-15 16:43:03
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin