Azərbaycan 100 mindən çox “Kalaşnikov” istehsal edib

Azərbaycan Rusiya lisenziyası üzrə 100 mindən çox “Kalaşnikov AK-74M” avtomatı istehsal edib. 

Bununla bağlı TASS agentliyinə Minskdə keçirilən “MILEX 2019” silah sərgisində iştirak edən Azərbaycan hərbi sənaye kompleksinin nümayəndəsi məlumat verib. “Hazırda Azərbaycan lisenziya üzrə 100 mindən çox “AK-74M” avtomatı istehsal edib”, - agentliyin müsahibi bildirib.

Onun sözlərinə görə, Azərbaycanda “Kalaşnikov”ların istehsalı 2021-ci ilədək davam edəcək.
“Ümumilikdə 120 min “AK-74M” silahının istehsalı nəzərdə tutulub”, - o bildirib.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildən “Xəzri” adı altında 5,45 millimetr kalibrli AK-74M avtomatı istehsal edir. “Xəzri” Azərbaycan ordusunun silahlanmasına daxildir. 

“MILEX 2019” sərgisi mayın 15-dən 18-dək Minskdə keçirilir. /oxu.az

Tarix
15 May 2019 [13:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-15 13:56:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin