Binədə dəhşət: sakinlər kanalizasiya suları axıdılan kanaldan su içirlər - VİDEO

Xəzər rayonu Binə qəsəbəsi, “Bakovtomat” yolu adlanan ərazidə yaşayan 2000-dən çox sakin içməli su verilmədiyi üçün şikayət edirlər. Sakinlər bildirir ki, evlərinə 200 metr məsafədə su xətti olmasına baxmayaraq, ərazidə yaşayan sakinlərə su verilmir. Məsul qurumlar isə səbəb kimi, həmin ərazidə dəmiryolu xəttinin olmasını göstərirlər.

Əlacsız qalan sakinlər çirkabla dolu olan, vaxtaşırı kanalizasiya xətlərinin də axıdıldığı Samur-Abşeron kanalından içməli su mənbəyi kimi istifadə edirlər.

Ərazidə yaşayanlar problemlə bağlı dəfələrlə həm Xəzər rayon icra nümayəndəliyinə, həm də “Azərsu” ASC-yə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.

Daha ətraflı videosüjetdə:

 

Tarix
15 May 2019 [13:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-15 13:52:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin