Mayk Pompeo: "Şimali Koreya öhdəlikləri yerinə yetirsə, sanksiyalar ləğv ediləcək"

21:34 - 14 May 2019 - DÜNYA

Şimali Koreya öhdəlikləri yerinə yetirərsə, ABŞ bu ölkəyə tətbiq etdiyi sanksiyaları ləğv edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu RF xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

“Məqsədimiz Şimali Koreyanın nüvəsizləşməsidir. Bu barədə vədlərini yerinə yetirdiklərindən sonra sanksiyalara xitam verəcəyik”, - dövlət katibi qeyd edib.

Xəbər xətti