Dünyanın ən sürətli qatarı təqdim edilib

11:47 - 14 May 2019 - DİGƏR

Yaponiyanın "JR East” dəmir yolu şirkəti dünyada ən sürətli qatar hesab olunan "Alfa-X" qatarını təqdim edib. Ucnoqta.az "Finans.az"a istinadən xəbər verir ki, qatarın maksimum sürəti saatda 400 kilometrdir. Lakin qatar sərnişinləri daşıyarkən 360 km/saat sürətlə hərəkət edəcək.

Qatarın sərnişinsiz ilk sınaqları artıq həyata keçirilib.

Şirkət nümayəndələrinin sözlərinə görə müasir standartlara tam cavab verən "ALFA-x" qatarı, təkcə sürəti ilə deyil, həm də rahatlığı ilə diqqət çəkir.

Xəbər xətti