Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ONA-ya ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev məlumat verib. O bildirib ki, Elton Məmmədov Azərbaycan Texniki Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru təyin olunub: “ Elton müəllim bu gün kollektivə təqdim edilib”.
Qeyd edək ki, E. Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və keçmiş deputatdır.