Pilot 40 dəqiqə havada huşsuz vəziyyətdə uçdu

18:09 - 11 May 2019 - MARAQLI

Avstraliyada təcrübəçi pilot 40 dəqiqə ərzində huşsuz vəziyyətdə uçub.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “ABC” portalı məlumat yayıb.

Qeyd edilir ki, insident martın 9-u baş verib.

Pilot, Port-Oqasta aeropotundan Parafild hava limanına tək nəfərlik reys həyata keçirirmiş.

Məlumata görə, buna səbəb pilotun uçuş qabağı pis yatması, səhər naharında isə yalnız plitka şokoladla kifayətlənməsi olub. Həmçinin onun bir müddət əvvəl soyuqladığı da müəyyənləşib.

Uçuş zamanı təyyarəçi baş ağrısı hiss edərək təyyarəni avtopilot rejiminə keçirib.

Dispetçerlər onunla əlaqə saxlamağa çalışsalar da, bu yalnız o, oyandıqdan sonra mümkün olub. Baş verənlərə baxmayaraq, pilot dispetçerlərin köməkliyi ilə hava gəmisini Parafild hava limanına endirə bilib.

Bildirilir ki, Adelaidedəki yay məktəbi təcrübəçi pilot barədə tədbir görməlidir. Xüsusi ilə də, şagirdlərin uçuş qabağı yuxu və qidalanma rejimi ilə bağlı.

 

Namiq

Xəbər xətti