“Neftçi” Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – 28-ci turunda bu gün "Bakcell Arena"da “Qarabağ”la keçiriləcək oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb.
Ucnoqta.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, bütün sektorlara bilet qiyməti 50 manat təşkil edir.
Qeyd edək ki, paytaxt klubunun ev oyunlarında bilet qiyməti 1- 5 manat aralığında olub.