Çeçenistanda qazdoldurma məntəqəsində partlayış olub

04:16 - 11 May 2019 - Xəbər

Çeçenistanda qazdoldurma məntəqəsində partlayış baş verib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayışa səbəb qazdoldurma məntəqəsində baş verən yanğın olub. Məlumata əsasən, hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib. Partlayış nəticəsində xəsarət alan olmayıb. Bildirilir ki, yaşayış evləri qazdoldurma məntəqəsindən 400-500 metr aralıda yerləşir.

Xəbər xətti