Güclü yağış Gürcüstanda kəndi su altında qoyub

14:34 - 10 May 2019 - Xəbər

Şiddətli yağışlar Gürcüstanın Kaxeti rayonunun Telavi bələdiyyəsinə  tabe olan Lexuri kəndini su altında qoyub.

Yatağını tərk edən çay bir neçə istiqamətdə kəndə axıb. Hadisə nəticəsində elektrik xətlərinin və Tuşeti istiqamətində olan magistral yolun sıradan çıxdığı bildirilir.

Çayın daşmasının Pankisi dərəsində yerləşən yaşayış məntəqələrində də problemlərə yol açdığı bildirilir./ONA

Xəbər xətti