Paşinyan Qarabağa gəlib

11:53 - 9 May 2019 - Xəbər

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anait Saakyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. Məlumatı Ermənistan KİV-i yayıb. Bildirilib ki, onu Xankəndi hava limanında separatçı rejimin başçısı Bako Saakyan qarşılayıb. Qeyd edək ki, mayın 8-də Ermənistan parlamentinin sədri Ararat Mirzoyan, keçmiş prezident Serj Sarqsyan da Qarabağa gəlib. Xatırladaq ki, 1992-ci il mayın 8-də Azərbaycanın Şuşa şəhəri Ermənistan və havadarları tərəfindən işğal edilib. Report

Xəbər xətti