Harri və Meqan Markl körpələrinə qoyduqları adı açıqlayıblar

11:30 - 9 May 2019 - Xəbər

Böyük Britaniya şahzadəsi və Sasseks hersoqu, şahzadə Harri və Meqan Markl dünyaya yeni gəlmiş körpələrinə qoyduqları adı açıqlayıblar.

Körpəyə Arçi Harrison Mauntbatten-Vindzor adı verilib. Ötən gün isə cütlük Vindzorda fotosessiya zamanı ilk dəfə körpələrini ictimaiyyətə göstəriblər.

Xatırladaq ki, bu körpənin doğulması ilə Böyük Britaniya kraliçası II Yelizaveta səkkizinci dəfə ulu nənə olub.

Qeyd edək ki, şahzadə Harri və Meqan Markl ötən ilin mayında evlənib./trend

Xəbər xətti