Dövlət Film Fondunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan Kinosu” mövzusunda konfrans keçirilmişdir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev “Ucnoqta.az”-a bildirib ki, tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının 1-ci katibi, Əməkdar İncəsənət xadimi Cəmil Quliyev açıb.
O, Ümumilli lider Heydər Əliyevin Azərbaycan kinosuna verdiyi misilsiz tövhələrdən, onun Azərbaycan kinosunun hamisi olması haqda danışıb. Cəmil Quliyev qeyd edib ki, 121-ci ilini qeyd edəcəyimiz Azərbaycan kinosu Heydər Əliyevin adı ilə bağlıdır. Məhs Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə Azərbaycan kinematoqrafçılarının peşə bayramı, “Milli Kino Günü” yaradılıb. Şəxsən onun qayğısı ilə “Nəsimi”, “Dədər Qorqud”, “Babək”, “Cavid Ömrü”, “Hökümdarın taleyi” və başqa tarixi filmlər ərsəyə gəlib.
Qrum sözçüsü saytımıza bildirib ki, tədbirin davamında Prezident təqaüdçüsü, kinoşunas Aydın Kazımzadə çıxış edib. Aydın Kazımzadə 1984-cü il 18 mayında, Moskvada SSRİ Nazirlər Kabineti sədrinin 1-ci müavini Heydər Əliyevin Azərbaycan Kinematoqrafçıları ilə məşhur görüşündən danışıb.
Tədbirin sonunda rejissoru Etibar Məmmədov olan “Qalxan və Qılınc” filmi nümayiş olunub.