Yaponiyada avtomobil uşaq kütləsinə çırpıldı: azı 13 uşaq xəsarət alıb - VİDEO

07:33 - 8 May 2019 - HADİSƏ

Yaponiyada qəzadan sonra avtomobil uşaq kütləsinə çırpılıb. Ucnoqta.az “TASS”a istinadən xəbər verir ki, insident Siqa prefekturasının Oçu şəhərində qeydə alınıb. Bu barədə mayın 8-i yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilir ki, qovşaqda iki avtomobil toqquşub. Qəzanın şiddətindən onlardan biri hərəkət edərək, müəllimləri ilə birlikdə gəzintiyə çıxan bağça uşaqlarının arasına sürülüb.

Onlar hadisə zamanı işıqforda yaşıl işığın yanmasını gözləyiblər ki, qarşı yola keçsinlər.

Yerli xilasetmə xidmətinin məlumatına görə, ən azı 13 insan xəstəxanaya yerləşdirilib.

İki uşaq və bir müəllim huşsuz vəziyyətdədir.

Hazırda polis qəzanın baş vermə səbəblərini araşdırır.

 

Namiq

 

 

 

 

 

Xəbər xətti