Çingizin Təl-Əvivdə ilk məşqi alqışlarla qarşılandı- 13-dən 5-ə qalxdıq

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev ilk məşqi üçün Təl-Əviv Expo Mərkəzinin səhnəsinə çıxıb.

 Çingiz “Truth” mahnısını canlı ifa edərək şousunu göstərib. Səhnədə üçbucaq formal, kənarları işıqlı dekorasiya quraşdırılıb, arxa fonda mavi dalğa effektləri verilib və qadın surəti peyda olub. Bundan əlavə, səhnədə iki ədəd robotdan istifadə olunub. Həmin robotlar qollarındakı lazerlərlə müğənninin üzərinə ürək şəkli həkk etdirir. Həmçinin Çingizi 5 bek-vokalçı müşayiət edib.

Press otağında ifaçının performansı hər kəsi təəccübləndirib və alqışlanıb. Çingizin məşqi bukmeyker proqnozlarına da təsir edib. Belə ki, 13-cü sırada qərarlaşan Azərbaycan sürətlə 5-ci pillədə öz yerini tutub./qafqazinfo

Tarix
7 May 2019 [19:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-07 19:03:40
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin