Bakıda gənc qız özünü hündürmərtəbəli binadan atmaq istədi- VİDEO

17:24 - 7 May 2019 - HADİSƏ

Bakının Xətai rayonunda gənc qız özünü hündürlükdən özünü atmaq istəyib.

Saat 14:30-da Şıxlınski 29-42 anvanında yerləşən hündürmərtəbəli binada gənc qız intihar etmək istəyib. O, özünü binanın 10-cu mərtəbəsindən, pəncərədən özünü atmaq istəyib.

Bu barədə Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsinə məlumat verilib. Dərhal əraziyə polis, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım həkimləri cəlb olunub.

Gənc qız keçirilən psixoloji danışıqlardan sonra xilas edilib.

Faktla bağlı 35-ci polis bölməsində araşdırma aparılır./baku.ws

Xəbər xətti