Aparıcı yol qəzasında öldü - FOTO

16:46 - 7 May 2019 - HADİSƏ

Maxaçqalada “MTV Paytaxt”ın aparıcısı Tamilla Abdullayeva yol qəzasında həyatını itirib.

Ucnoqta.az “RenTv”tə istinadən xəbər verir ki, bu barədə “Çernovik” telegram-kanlı məlumat yayıb.

Bildirilir ki, o, iki dəfə qəzaya düşüb. Birinci qəzada aparıcı üçün təcili tibbi yardım maşını gəlib, bir qədər sonra isə təcili tibbi yadım maşını da digər avtomobilə çırpılıb. Dağıstanlı jurnalist aldığı xəsarətlərdə hadisə yerində ölüb.

Qeyd edək ki, Tamilla “MTV” telekanalının “Stolitsa” media holdinqində baş redaktor və kanalın aparıcısı vəzifəsində çalışırdı

 

Namiq 

Xəbər xətti