İspaniyada Avropa sahillərinə qayıqla keçmək istəyən 200 miqrant xilas edilib

16:01 - 7 May 2019 - Xəbər

İspaniyada Mülki Qvardiya və xilasetmə briqadaları, Avropa sahillərinə qayıqla keçmək istəyən 200 qeyri-leqal miqrantı xilas edib.

Ucnoqta.az xəbər verir ki, rayonun Trafalqar burnunda 4 qayıq aşkar edilib.

“Cəmi 205 insandan söhbət gedir ki, onlarında 35 yetkinlik yaşına çatmayanlardı”, bu barədə “RİA Novosti”yə Mülki Qvardiyanın mətbuat xidmətindən bildiriblər.

Miqrantlar Alhesiras limanına aparılıblar. Əksəriyyət, Maqib ölkəsindən olan kişilərdir.

İlin əvvəlindən Aralıq dənizi vasitəsi ilə İspaniyaya təxminən 8 min insan gəlib, onlardan 137 nəfəri ölüb.

Beynəlxalq miqrasiya təşkilatının göstəricilərinə görə, 2019-cu ilin yanvar ayından mayın 1-nə kimi, Aralıq dənizi ilə Avropaya keçmək istəyən miqrantların cəmi sayı 16,806 nəfər olub ki, bunlarında 410 nəfəri həyatlarını itirib.

 

Namiq

Xəbər xətti