Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ilin mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama əsasən işlər davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC-də Ucnoqta.az verilən məlumata görə, İnfrastruktur Departamentinin "Əsaslı Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı dairəvi yolunda elektrik təchizatı sistemi yenilənir.
"Əsaslı Təmir" MMC-dən verilən məlumata görə, Nərimanov stansiyasından Sabuncu stansiyasına qədər olan dəmir yolu xəttində 73 ədəd qəzalı kontakt şəbəkəsi dayaqları yenisi ilə əvəz olunub. Sabunçu stansiyasında 30 ədəd yeni kontakt şəbəkəsi dayağı qoyulub və 8 ədəd rigel quraşdırılıb eləcə də kontakt şəbəkəsi çəkilib və nizamlanıb.
Hal-hazırda təmir işləri davam etdirilir.
Namiq