Metroda cibgirlik edən şəxs saxlanıldı

13:31 - 7 May 2019 - Xəbər

Metropolitendə cibgirlik hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Polis Şöbəsinə müraciət edən Kürdəmir rayon sakini Q.Əzizova mayın 4-də metronun “28 May” stansiyasının platformasında çantasından içərisində pulu, bankomat kartları və sənədləri olan pulqabısının oğurlandığını bildirib. Müraciətlə əlaqədar araşdırmalar aparılıb və qısa müddətdə cinayət əməlini törədən şəxs müəyyən edilib.

Metropolitendə Polis Şöbəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş Eynulla Hüseynov saxlanılıb./oxu.az

 

Xəbər xətti