Biləsuvarda avtomobil aşıb: 2 nəfər ölüb

10:02 - 5 May 2019 - HADİSƏ

Biləsuvarda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Hadisə yeni Ələt-Astara magistral yolunun 90-cı kilometrliyində Biləsuvar rayonu ərazisində baş verib. "Hyundai" markalı minik avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb. Hər iki meyit Salyandakı morqa gətirilib. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. Report

Xəbər xətti