Xalq artisti Elza Seyidcahandan ÜZR İSTƏDİ: "Sizi başa düşməyənlərin adından ..."

13:23 - 1 May 2019 - MAQAZİN

Xalq artisti Flora Kərimova həmkarı Elza Seyidcahandan üzr istəyib.

Bu anlar media nümayəndələrinin qarşısında baş verib. O, konsertindən sonra jurnalistlərə müsahibə verən Əməkdar artistə yaxınlaşaraq, üzrxahlığını belə ifadə edib:

“Sizi başa düşməyənlərin adından üzr istəyirəm. Əsl sənətin qapılarını açıb girdiyinizə görə “Xoş gəldiniz” deyirəm. Doğrusu, gözləmirdim”.

Kərimova Elzanın “Əşyalar” şeirindən çox təsirləndiyini də bildirib. /Axşam.az

Xəbər xətti