15 minlik bilərziyi oyuncaq bilib nəvəsinə verdi - VİDEO

19:50 - 30 Aprel 2019 - MARAQLI

Türkiyənin Bartın əyalətində baba yoldan tapdığı 15 min lirə dəyərindəki bilərziyi oyuncaq zənn edərək nəvəsinə verib.

Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, maraqlı hadisə Bülənt Ecevit bulvarında baş verib.

34 yaşlı qadın bazarda gəzdiyi vaxt, biləyindəki gözləri yaqutla işlənilmiş pələng görkəmli bilərziyini itirib. Hadisədən sonra qadın polis şöbəsinə gedərək ona köməklik göstərilməsini istəyib.

Qadının gəzdiyi yerlərin təhlükəsizlik kamerası görüntülərini araşdıran qanun keşikçiləri, bilərziyi 59 yaşlarında olan N.B. adlı şəxsin taparaq götürdüyünü müəyyənləşdirib.

N.B.-nin də dəyərindən xəbərsiz olduğu bilərziyi oynamaq üçün nəvəsinə verdiyi məlum olub.

Polis əməkdaşları N.B.-nin evinə gedərək bilərziyi ondan götürüb sahibinə təslim ediblər.

 

Namiq

 

Xəbər xətti