Ronaldo 11 milyon avroya “Buqqati” alıb - FOTO

15:37 - 30 Aprel 2019 - AVTO

Kriştianu Ronaldo öz avtomobil kolleksiyasına yeni “Bugatti La Voiture Noire” modelini əlavə edib.

Ucnoqta.az "footclub.com"a istinadən xəbər verir ki, “La Voiture Noire” modeli 2018-ci ilin mart ayında Jeneva avtosalonunda təqdim edilib.

Artıq dünyanın ən bahalı avtomobili adını alan brendin qiyməti 11 milyon avrodur.

Avtomobil mühərriki 1500 at gücündə, sürəti isə 420 km/saatdır.

Məlumata görə, “Buqqati” bu modeldən yalnız bir nüsxə istehsal edib. Onun yeganə sahibi isə portuqaliyalı bombardirdi.

Lakin, Fransız şirkəti Ronaldunun “La Voiture Noire” aldığını təsdiqləməyib. Şirkət öz növbəsində bildirib ki, avtomobilin sahibi kim olursa-olsun 2021-ci ildən tez onu sürə bilməyəcək. Hələ ki, mühəndislər Hiperkarın üzərində işləyirlər.

 

Namiq

Xəbər xətti