“Hercai”nin aktrisası bu hərəkəti ilə hər kəsin ürəyini fəth etdi

13:35 - 30 Aprel 2019 - MAQAZİN

“Hercai” serialının aktrisası Ebru Şahin Mardinli şagirdləri sevindirib.

Publika.az Türkiyə mətbuatına istindən xəbər verir ki, aktrisa serial çəkilişlərinin baş tutduğu Mardində uşaqların problemlərinə laqeyd qalmayıb.

Ebru Şahin Mardin Derik Yassıtepe kəndindəki uşaqlara yardım əlini uzadıb. O, İnstagramda “kənd məktəbinə yardım layihəsi” hesabı sayəsində müəllimlərlə əlaqə qurub. Serialı ulduzu həmkarları ilə birlikdə şagirdlərin dəftər-kitab ehtiyacını qarşılayıb və texnologiya alətləri alıb. Daha kiçik uşaqlara isə oyuncaq yardımı edilib.

Reytinq rekordu qıran serialın aktrisası bu addım ilə həm mardinlilərin, həm də bütün Türkiyənin rəğbətini qazanıb.

Xəbər xətti