Göygöldə ağır yol qəzası olub, 4 nəfər ölüb

12:58 - 29 Aprel 2019 - HADİSƏ

Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində olub, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qəzada xəsarət alanların olduğu da bildirilir.

Faktla bağlı araşdırma aparılır./report 

 

Xəbər xətti