Dünya şöhrətli müğənni "İnstaqram"da Bakıdan paylaşım etdi — VİDEO

17:23 - 28 Aprel 2019 - MAQAZİN

Dünya şöhrətli amerikalı hip-hop müğənnisi, Gremmi mükafatı laureatı və internet ulduzu Kardi Bi Formula 1 SOCAR Azərbaycan Qran Prisində iştirak etmək üçün Bakıya gəlib.

Ucnoqta.az day.az-a istinadən bildirir ki, müğənni Bakının mənzərəsini 44 milyonluq tamaşaçı auditoriyası ilə paylaşdığı "Fairmont" otelində qalır.
İnstaqramda paylaşdığı videoda ulduz şəhərin gözəlliyini tərənnüm edir və onu inanılmaz dərəcədə gözəl adlandırır. Kardi, həmçinin, prərəstişkarlarını mətbəximizlə tanış edib.

Müğənni bildirir ki, Azərbaycan paxlavası onun ən sevimli şirniyyatlarından biridir.

 

Xəbər xətti