Sabahın havası Açıqlanıb

13:13 - 27 Aprel 2019 - ÖLKƏ İÇİ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14° isti, gündüz 17-21° isti, Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 60-70%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək.

Xəbər xətti