Sərnişin avtobusu yük maşını ilə toqquşdu: 34 yaralı - FOTO

13:56 - 26 Aprel 2019 - HADİSƏ

Türkiyənin Bitlis vilayətində sərnişin avtobusu yük maşını ilə toqquşub.

Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə aprelin 25-i Tatvan rayonunun girişində baş verib. Qəzanın şiddətindən avtobus aşıb. Nəticədə 34 nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yadım maşınları ilə Bitlis və Tatvan ərazisindəki xəstəxanalara yerləşdiriliblər.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

Xəbər xətti