Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisi başlayır

08:02 - 26 Aprel 2019 - İDMAN

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır.

Şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var.

Bu gün Bakı Şəhər Halqasında Formula 2 bolidlərinin sərbəst yürüşü, həmçinin F2 pilotlarının sıralama yarışı keçiriləcək. Bundan başqa, Bakı trekində Formula 1 bolidlərinin birinci və ikinci sərbəst yürüşləri baş tutacaq.

Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Xəbər xətti