“Boeing” təyyarəsi yandı - VİDEO

14:35 - 25 Aprel 2019 - HADİSƏ

Hindistanın Dehli əyalətində İndira Qandi adına hava limanında, “Air India” aviaşirkətinə məxsus “Boeing” təyyarəsində yanğın baş verib.

Ucnoqta.az “RenTv”yə istinadən xəbər verir ki, hadisə şahidi yanğını mobil telefon vasitəsi ilə qeydə alıb. Kadrlarda, təyyarənin quyruq hissəsində yağın başladığı görülür. Yanğını tez bir zamanda söndürüblər.

Xəsarət alanlar barədə məlumat verilmir.

Namiq

Xəbər xətti