Sərnişin avtobusunda maraqlı hadisə: kişi qadının quçağına oturub onu şillələdi - VİDEO

07:48 - 25 Aprel 2019 - HADİSƏ

Çində maraqlı hadisə baş verib.

Qansu əyalətinin paytaxtı Lanzhou şəhərində, yaşılı kişi sərnişin avtobusunda qadına ona əyləşmək üçün yer verməsini istəyib. Lakin qadın kişinin dediyinə məhəl qoymayıb. Bir müddət mübahisə etdikdən sonra yaşlı kişi qadının quçağına oturub.

Qadın səs-küy salmağa başlayıb və sərnişinlərdən onun köməyinə gələn olmayıb. Sürücü avtobusu saxlayaraq kişini qadının qucağından düşürtməyə çalışıb. Bundan daha da qəzəblənən kişi qadını şillələyib. Sonra qadın qocanı itələyərək yerə yıxıb.

Həmin anlar isə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Ucnoqta.az DHA-ya istinadən həmin kadrları təqdim edir:

 

Namiq

 

Xəbər xətti